Xəbərlər

Qırğızıstan, Özbəkistan və Tacikistanın Baş nazirləri sərhəd məsələsi ilə bağlı görüş keçirəcəklər

“Qırğızıstan, Tacikistan və Özbəkistan hökumət başçıları yanvarın 8-də üç dövlətin sərhədlərinin qovşağında sərhədin ümumi hissələrinin xətti məsələsi ilə bağlı görüş keçirəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Qırğız Respublikası Nazirlər Kabinetinin sədri, prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev bu il yanvarın 8-də Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzoda ilə görüşəcək. Üçtərəfli görüş Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət sərhədlərinin qovşağında keçiriləcək”, – məlumatda bildirilib.