Xəbərlər

Qırğızıstan Prezidenti Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bişkekdə jurnalistlərə Qırğızıstan dövlət başçısı administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev bildirib.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov BRİCS-in 16-cı sammitinin dövlət başçılarının görüşündə iştirak etmək üçün oktyabrın 23-24-də Tatarıstan Respublikasına işgüzar səfər edəcək”, – Azımbakiyev deyib.

Onun sözlərinə görə, qarşıdan gələn sammit zamanı çoxtərəfliliyin gücləndirilməsinə, assosiasiyaya yeni üzvlərin inteqrasiyasına və qlobal gündəliyə yönəlmiş mühüm qərarlar qəbul ediləcək.