Xəbərlər

Qırğızıstan Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib

Qırğızıstanın hakimiyyət orqanları vətəndaşlarına Rusiyanın Ukrayna ilə həmsərhəd olan Belqorod, Bryansk və Kursk vilayətlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq müvəqqəti səyahətdən çəkinməyi tövsiyə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Eyni zamanda, səfirlik həmvətənlərinə müvafiq kömək və ya məsləhət almaq üçün respublikanın Moskvadakı diplomatik nümayəndəliyi ilə əlaqə saxlamağı tövsiyə edib.