Qırğızıstan tərəfi Tacikistanla sərhədin ümumi hissəsinin delimitasiyası və demarkasiyası məsələsi üzrə danışıqları 2-3 ay ərzində başa çatdırmağı planlaşdırdığını bildirib.
“Füyuzat”ın məlumatına görə, bunu Qırğızıstan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Jeenbek Kulubayev deyib.
“Danışıqlar davam edir. Düşünürəm ki, yaxın 2-3 ay ərzində biz sərhədlə bağlı danışıqları yekunlaşdıracağıq”, – Kulubayev söyləyib.