Xəbərlər

Qırğızıstan Tacikistanla sərhəd sazişini ratifikasiya edib

Qırğızıstan parlamenti qonşu Tacikistanla tərəflərin 23 ilə yaxındır müzakirə etdiyi sərhəd müqaviləsini ratifikasiya edib.

“Füyuzat”ın məlumatına görə, sənəd səs çoxluğu ilə təsdiqlənib.

Verilən məlumata görə, sənədin lehinə 85 deputat, əleyhinə isə 1 deputat səs verib.

Qeyd edək ki, müqavilə martın 13-də Bişkekdə Qırğızıstan dövlətinin başçısı Sadır Japarov və Tacikistan prezidenti Emoməli Rəhmon tərəfindən imzalanıb.