Xəbərlər

Qırğızıstanda hakimiyyəti ələ keçirməyi planlaşdıran qrup zərərsizləşdirilib

Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran qrupu zərərsizləşdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat mərkəzi xəbər verib.

“Milli Təhlükəsizlik Komitəsi vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hakimiyyəti zorakılıqla ələ keçirmə planlarını həyata keçirməyə çalışan qrupun qanunsuz fəaliyyətinin qarşısı alıb”, – məlumatda qeyd edilib.