Xəbərlər

Qırğızıstanın XİN-i Rusiya səfiri ilə münasibətləri müzakirə edib

“Qırğızıstan vətəndaşlarının Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması hallarının sayı artmaqda davam edir”.

“Füyuzat”ın məlumatına görə, bu sözlər Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında yer tapıb.

Qeyd edilib ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin (XİN) rəhbərinin müavini Almaz İmanqaziyev Qırğızıstan Respublikası vətəndaşlarının Rusiya Federasiyasına girişinə icazə verilməməsi hallarının artması və Rusiya Federasiyasının beynəlxalq hava limanlarında uzun yoxlama prosedurları ilə bağlı narahatlığını ifadə edib.

Eyni zamanda, o əlavə edib ki, Qırğızıstan tərəfi Rusiya tərəfinin ölkədə təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirlərə hörmətlə yanaşır.