“Biz satılmamışıq və heç vaxt da satılmayacağıq”.
“Füyuzat”ın məlumatına görə, bunu Qrenlandiyanın Baş naziri Mute Egede deyib.
“ABŞ bütün dünyada milli təhlükəsizlik və azadlıq üçün Qrenlandiyaya sahiblik və nəzarətin mütləq zərurət olduğunu düşünür. Qrenlandiya bizimdir. Biz satışda deyilik və heç vaxt satılmayacağıq. Biz azadlığımız uğrunda uzun sürən mübarizəmizi itirməməliyik”, – Baş nazir əlavə edib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ-ın nəzarəti altında olmasının lazım olduğunu bildirib.