Xəbərlər

Qrossi: Heç kim atom elektrik stansiyalarına hücum etməməlidir

“Atom elektrik stansiyalarına heç vaxt hücum edilməməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi Kursk AES ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.

O, MAQATE-nin Baş Konfransının açılışında deyib: “Atom elektrik stansiyaları, harada yerləşməsindən asılı olmayaraq, heç bir şəraitdə heç vaxt hücum hədəfi olmamalıdır”.