Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Efiopiya ilə Somali arasında imzalanan Ankara Bəyannaməsini alqışladığını və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana iki ölkə liderlərinin bir araya gəlməsi və razılığın əldə edilməsində oynadığı rola görə təşəkkür etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Baş katib texniki danışıqların başlanmasını və prosesin müsbət nəticələrini səbirsizliklə gözləyir. BMT prosesi dəstəkləməyə hazırdır. Quterreş iki ölkə liderlərini bir araya gətirməkdə göstərdiyi təşəbbüsə və sazişin həyata keçirilməsinə verdiyi dəstəyə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirir”, – məlumatda bildirilib.