Xəbərlər

Qutterreş növbəti dəfə İsraili Yaxın Şərqlə bağlı xəbərdar edib

BMT-nin baş katibi Antonio Qutterreş növbəti dəfə İsrail hökumətini işğal altındakı İordan çayının qərb sahilini bölmək planını dayandırmağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə baş katib “X” səhifəsində qeyd edib.

Fələstin torpaqlarında hər hansı məskunlaşmanın beynəlxalq hüquqa zidd olduğunu xatırladan Qutterreş bildirib: “İsrail səlahiyyətlilərinin İordan çayının qərb sahilinin bölünməsinə yönəlmiş qeyri-qanuni məskunlaşmaları genişləndirmə qərarı ləğv edilməlidir”.

Qutterreş Qəzzada ölüm və dağıntıların qarşısının alınmasının həyati əhəmiyyət kəsb etdiyini deyib və dərhal atəşkəsə çağırıb.