Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-dən bildirilib.
Qeyd edilib ki, Quterreş Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş BRİCS liderlərinin iclası çərçivəsində ikitərəfli görüş zamanı Ukrayna ilə bağlı mövqeyini bir daha xatırladıb.
Bəyanata əlavə olunub ki, baş katib Rusiyanın Ukraynanı işğal etməsinin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğunu bildirib.