Xəbərlər

Quterreş Ukraynaya piyada əleyhinə minaların verilməsini pisləyib

BMT-nin baş katibi Antonio Quterreş Ukraynadakı münaqişədə piyada əleyhinə minalardan istifadənin əleyhinə çıxış edib.

“Füyuzat”ın məlumatına görə, Quterreşin bəyanatı dünya təşkilatının saytında dərc olunub.

“Piyada əleyhinə minalar mülki əhali üçün real təhlükə yaradır. Hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra belə, bu dəhşətli silahlar insanları nəsillər boyu qorxuda saxlaya bilər”, – məlumatda bildirilib.

Baş katib, həmçinin dünya liderlərini 1999-cu ildən qüvvəyə minəndən bəri 164 dövlət tərəfindən imzalanmış piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasına qoşulmağa çağırıb.