Xəbərlər

Quttereş Ukraynada münaqişənin deeskalasiyası üçün atılan addımları alqışlayıb

BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan çəkinməsi ilə bağlı bəyanatlarını, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinə dair danışıqları alqışlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə baş katibin sözçüsü bildirib.

“Müharibənin gərginliyini azaltmaq üçün iştirak edən bütün tərəflər arasında gələcək danışıqları asanlaşdıra biləcək tədbirlərin qurulması vacibdir. Bu, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşan ədalətli, hərtərəfli və uzunmüddətli sülhə yol açacaq”, – sözçü qeyd edib.