“Qətər İsrailin Qəzza zolağına humanitar yardımın daxil olmasını qadağan etmək qərarını pisləyir və bunu anklavda atəşkəs razılaşmasının pozulması halı hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Qətər dövləti işğalçı İsrail hökumətinin Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarını qətiyyətlə pisləyir. İsrailin hərəkətləri atəşkəs razılaşmasının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”, – məlumatda bildirilib.



