“Dünya gərginliyin artması ilə xarakterizə olunacaq yeni nüvə dövrünə qədəm qoyur”.
“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniya Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin çıxışı zamanı deyib.
“Biz üçüncü nüvə əsrinin astanasındayıq, bu, əvvəlkilərdən daha mürəkkəb olacaq. Bu, nüvə və dağıdıcı texnologiyaların yayılması, həmçinin əvvəlcədən mövcud təhlükəsizlik arxitekturasının demək olar ki, tamamilə olmaması ilə xarakterizə olunur”, – admiral əlavə edib.