Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Rəqəmsal kommunikasiya bacarıqlarının peşəkar imicə təsiri” mövzusunda seminar keçirilib.
“Füyuzat” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, seminar universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, Xülya Sabirli tərəfindən aparılıb.
Tədbirdə tələbələrə rəqəmsal kommunikasiyanın nə olduğu, müasir dövrdə onun aktuallığı və peşəkar fəaliyyət sahəsində yaratdığı imkanlar barədə geniş məlumat verilib. Müzakirələr zamanı e-mail yazışmaları, sosial media platformaları, video təqdimatlar və digər vizual ünsiyyət alətlərinin düzgün istifadəsinin şəxsi və peşəkar imicin formalaşmasında oynadığı rol xüsusi vurğulanıb.
İştirakçılara dünyada və Azərbaycanda rəqəmsal platformaların statistik göstəriciləri və onların təsir gücü barədə məlumatlar çatdırılıb. Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirməklə onları gələcək karyeralarına daha hazırlıqlı şəkildə istiqamətləndirmək olub.



