ABŞ prezidenti Donald Trampın administrasiyası bu yaxınlarda dayandırılmış ən azı altı xarici təcili yardım proqramını bərpa etmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, vəzifəli şəxslərə müvafiq əmri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun müavini Ceremi Lyuin göndərib. O, Livan, Suriya, Somali, İordaniya, İraq və Ekvadorda Ümumdünya Ərzaq Proqramına (WFP) Amerika ödənişlərinin bərpa olunduğunu elan edib. Agentliyin mənbələri əlavə edir ki, Beynəlxalq Miqrasiya Təşkilatının Sakit okean regionunda dörd layihəsinin maliyyələşdirilməsi də bərpa edilib.



