Xəbərlər

Reuters: ABŞ diplomatları Dəməşqdə Suriyanın yeni hakimiyyəti ilə görüşəcək

“ABŞ-ın yüksək rütbəli diplomatları Dəməşqdə Heyət Təhrir əş-Şam silahlı qruplaşmasının (HTŞ) rəhbərlik etdiyi Suriya keçid hökuməti ilə görüşəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

“Səfər Qərb hökumətlərinin HTŞ ilə tədricən əlaqələr qurması, həmçinin qrupun terror təşkilatı statusunun götürülməsi imkanlarının müzakirəsi fonunda baş verir. ABŞ diplomatları Suriya xalqı ilə, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri, fəallar, icma üzvləri və digər Suriya nümayəndələri ilə birbaşa əlaqə saxlayacaq, ölkənin gələcəyi ilə bağlı baxışlarını və ABŞ-ın dəstək imkanlarını müzakirə edəcəklər”, – nəşr ABŞ mətbuatından sitat gətirib.