“Vaşinqton administrasiyası Ukraynaya 725 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.
“Paketə tank əleyhinə silahlar, pilotsuz uçuş aparatları (PUA), minalar, insan daşıya bilən “Stinger” hava hücumundan müdafiə sistemləri və “HIMARS” çoxsaylı raket buraxılış sistemləri üçün sursatlar daxildir. Silahlar Kiyevə ABŞ anbarlarından təhvil veriləcək”, – məlumatda biıdirilib.
Bundan əlavə, hərbi yardım paketinin Kiyevə ötürülməsi barədə Konqresə dekabrın 2-də məlumat veriləcəyi ehtimal olunur.