Almaniya hakimiyyəti mövcud F-35 qırıcılarına əlavə olaraq Amerikanın “Lockheed Martin” hərbi-sənaye şirkətindən daha səkkiz ədəd F-35 qırıcısı almağı düşünür.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən xəbər verib.
Agentlik xatırladıb ki, Almaniya 2022-ci ildə “Lockheed Martin”dən idarə olunan raketlər və digər silahlarla birlikdə 35 ədəd F-35 qırıcısı sifariş edib.