Alyaska ştatı federal hökumətin neft və qazın işlənməsi ilə bağlı qoyduğu məhdudiyyətlərə görə ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasına qarşı iddia qaldırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Verilən məlumata görə, Alyaska hakimiyyəti Amerika administrasiyasının 2024-cü ilin dekabrında ştatda neft və qaz yataqlarının işlənməsi üçün icarələrin verilməsini məhdudlaşdıran qərarından narazı qalıb.