Xəbərlər

Reuters: Bayden administrasiyası Kiyev üçün son yardım paketini göndərəcək

ABŞ Prezidenti Co Baydenin administrasiyası yaxın günlərdə Ukraynaya 1,2 milyard dollar dəyərində son yardım paketini göndərəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat verib.

Məlumata görə, yardım paketinə döyüş sursatı və zenit raketləri daxil olacaq. Qeyd edək ki, yardım paketinin konkret məzmununun yaxın günlərdə açıqlanması gözlənilir.