“Münaqişədə olan və ya iqlim dəyişikliyindən təsirlənən bir sıra ölkələr Bakıda keçirilən COP29 konfransında təbii fəlakətlərin nəticələri aradan qaldırmaq üçün maliyyə yardımını 2026-cı ilə qədər ildə 20 milyard dollardan çox artırmağa çalışır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Ada dövlətləri iqlim dəyişikliyinin dəniz səviyyəsinin yüksəlməsi ilə onların mövcudluğunu təhlükə altına almasından qorxur, münaqişə içində olan və ya münaqişədən çıxan ölkələr isə özəl investisiyalara çıxışda çətinlik çəkdiklərini deyirlər”, – məlumatda qeyd olunub.