Böyük Britaniya və Norveç Ukraynaya 450 milyon funt sterlinq (580 milyon dollar) hərbi yardım göndərəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, vəsaitlər Kiyevə yüz minlərlə pilotsuz uçuş aparatlarının (PUA) verilməsinə, həmçinin nəqliyyat vasitələrinin və avadanlıqların təmiri və texniki xidməti üçün ayrılıb.
Bu vəsait həmçinin Ukrayna üçün radar sistemləri, tank əleyhinə minalar və PUA-ların alınmasına yönəldiləcək.



