Xəbərlər

Reuters: Bundestaq Ukraynaya 3 milyard avro ayırmağa çalışır

“Bundestaqın (Almaniya parlamenti) Büdcə Komitəsi Ukraynaya hərbi yardım üçün əlavə 3 milyard avro ayrılmasına razılıq əldə etmək istəyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, komitə əlavə vəsaitin ayrılması xahişi ilə Almaniyanın maliyyə naziri Yorq Kukisə müraciət edib.