Xəbərlər

Reuters: Kiyev Moskvaya güzəştə gedəcək

“Ukrayna ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın təklif edə biləcəyi münaqişənin həlli planına uyğun olaraq Rusiyaya ərazi güzəştləri edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.

“Ukraynanın NATO-ya daxil olması dayandırılacaq, lakin Rusiya rəhbərliyinin istədiyi kimi bu mövzu gündəmdən çıxarılmayacaq. ABŞ-ın yeni seçilmiş prezidenti hələ ki, Ukrayna ilə bağlı sülh planını müzakirə etmək üçün işçi qrupu çağırmayıb. Trampın planına əsasən, ölkənin ərazisinin əhəmiyyətli hissəsi Rusiyaya keçəcək. Eyni zamanda, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması təxirə salınacaq, lakin Ağ Ev bu ideyadan tamamilə əl çəkməyəcək”, – məlumatda bildirilib.