ABŞ Konqresindəki respublikaçılar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi hazırlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə sənədin surətini əldə edən “Reuters” agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, qanun layihəsində Trampın yanvarın 20-də vəzifəyə gəldikdən dərhal sonra “Qrenlandiyanı Birləşmiş Ştatlar tərəfindən əldə etmək məqsədi ilə Danimarka Krallığı ilə danışıqlara girmək” imkanına malik olacağı barədə bənd var.
Sənədə əlavə olaraq qeyd edilir ki, Tramp Danimarka ilə razılıq əldə edərsə, beş gün ərzində “sazişi, eləcə də bütün əlaqədar materialları və əlavələri” Konqresin müvafiq komitələrinə ötürməli olacaq.