Qətər Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və radikallar tərəfindən saxlanılan girovların azad edilməsinə dair yekun saziş layihəsini İsrail və Fələstinin HƏMAS hərəkatının nümayəndələrinə təhvil verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, yanvarın 12-də axşam Qətərin hökumət başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail kəşfiyyat xidmətinin rəhbəri David Barnea və ABŞ-ın yeni seçilmiş prezidenti ilə danışıqlar aparıb.



