“Tayvan Ukraynaya hərbi yardım göstərməyə hazır deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu adanın xarici siyasət idarəsinin rəis müavini Fransua Vu Berlinə səfəri zamanı “Reuters” agentliyinə müsahibəsində deyib.
“Hərbi yardım hələ də çox həssas məsələdir, ona görə də düşünürəm ki, biz hələlik Ukrayna ilə yardım məsələsini müzakirə etməyəcəyik. Tayvan gələcəkdə Kiyevdə öz nümayəndəliyini aça bilər. Düşünürəm ki, biz hələ də öz nümayəndəliyimizi yaradacaq qədər irəli getməmişik, lakin Tayvan bunun üçün çalışır”, – Fransua Vu bildirib.