Xəbərlər

Reuters: Zelenski Trampla görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanəti istəyib

“Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşündə təkid edib ki, münaqişə bitdikdən sonra Qərb Ukraynaya təhlükəsizlik zəmanəti versin”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Zelenskinin Tramp və Fransa prezidenti Emmanuel Makronla Parisdə görüşü 35 dəqiqə davam edib. Zelenski Trampla münasibətləri yaxşılaşdırmağa çalışıb və münaqişənin istənilən nəticəsinə görə Rusiya Federasiyası ilə danışıqlardan sonra Kiyevə təhlükəsizlik təminatının verilməsinin zəruriliyini ona izah etmək fürsətindən istifadə edib”, – məlumatda bildirilib.