Böyük Britaniyanın Baş naziri Rişi Sunak partiyasının seçkilərdəki məğlubiyyətindən sonra Kral III Çarlza istefa ərizəsini təqdim edəcəyini və Mühafizəkarlar Partiyasının liderliyindən istefa verdiyini açıqlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Sunak özü xalqa müraciətində çıxışında bildirib.
Sunak dünənki seçkilərdən sonra Baş nazirliyin 10 nömrəli ofisinin yerləşdiyi Dauninq küçəsində vida bəyanatı verib.
Sunak deyib: “Hamıdan üzr istəyirəm. Bu işə hər şeyimi verdim, amma siz hakimiyyət dəyişikliyi ilə bağlı açıq mesaj verdiniz, ən mühüm mühakimə sizin verdiyiniz mühakimədir”.
Sunak həmçinin Mühafizəkarlar Partiyasının namizədlərindən və işçilərindən səylərinin nəticəsiz qalmasına görə üzr istəyib.
Bir çox millət vəkili namizədinin Məclisə girə bilməməsi ilə bağlı kədərini paylaşan Sunak əlavə edib: “Bu nəticələrdən sonra Mühafizəkarlar Partiyasının liderliyindən istefa verirəm”.
Sunak istefasının dərhal icra olunmayacağını və yeni lider seçilənə qədər vəzifəsində qalacağını qeyd edib.