“Roma Ukraynada döyüşmək üçün bir dənə də olsun əsgər göndərməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tacani deyib.
“Biz onlara maddi şəkildə yardım edəcəyik, lakin döyüşə əsgər göndərməyəcəyik”, – Tacani əlavə edib.