ABŞ-ın dövlət katibi Marko Rubio Meksikanın xarici işlər naziri Xuan Ramon de la Fuente ilə telefon danışığı aparıb və Meksika-Amerika sərhədindən qanunsuz miqrant axınını azaltmağa imkan verən birgə fəaliyyətinə görə qarşı tərəfə təşəkkür edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
“Dövlət katibi Marko Rubio Meksikaya miqrasiya və təhlükəsizlik məsələləri üzrə koordinasiyalı və qarşılıqlı hörmət əsasında fəaliyyətinə görə təşəkkür edib ki, bu da digər məsələlərlə yanaşı, qeyri-qanuni miqrasiya axınının azaldılmasına kömək edib”, – məlumatda bildirilib.



