“Birləşmiş Ştatlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təfərrüatlarını müzakirə etməyə hələ hazır deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio
Parisdə Fransa və Britaniya hakimiyyət orqanları ilə danışıqlardan sonra bildirib.
“Mən Rusiya xarici işlər naziri Sergey Lavrova dedim ki, ABŞ Ukrayna tərəfi ilə danışıqlar aparıb. Biz plan təklif etmişik, lakin onun detallarını hələ müzakirə etməmişik”, – o vurğulayıb.



