Xəbərlər

Rubio: HƏMAS bir daha Qəzzanı idarə etməməlidir

“HƏMAS hərəkatının Qəzza zolağında bir daha hakimiyyətə gəlməsinə heç vaxt icazə verilməməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığında deyib.

“Dövlət katibi və prezident həmçinin Qəzzada atəşkəs razılaşmasını və HƏMAS-ın bütün girovları, o cümlədən Amerika vətəndaşlarını azad etməsinin vacibliyini müzakirə ediblər. Rubio BƏƏ-nin Qəzzaya humanitar yardım etməsinə görə bu ölkənin prezidentinə təşəkkür edib və HƏMAS-ın bir daha heç vaxt Qəzzanı idarə edə bilməyəcəyini və ya İsraili təhdid edə bilməyəcəyinə əmin olmağın vacibliyini vurğulayıb. Onlar həmçinin Livanda döyüşlərin dayandırılmasını dəstəklədiklərini də qeyd ediblər”, – Dövlət Departamentindən bildirilib.