ABŞ dövlət katibi Marko Rubio Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın xarici işlər nazirlərini, həmçinin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqlar barədə məlumatlandırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
“Rubio xarici işlər nazirlərini Ər-Riyaddakı Rusiya nümayəndə heyəti ilə keçirdiyi görüşlə bağlı məlumatlandırdı. Qrup Ukraynadakı münaqişənin sona çatması üçün çalışdığımız müddət ərzində bizimlə sıx əlaqə saxlamağa razılaşdı”, – məlumatda bildirilib.



