Xəbərlər

Rubio İranı günahlandırıb

ABŞ dövlət katibi Marko Rubio Husilərin ABŞ-ı təhdid etməsində İranı günahlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə dövlət katibi “Fox News”a müsahibəsində deyib.

“Husilər İranın köməyi olmadan bizim donanmamızı və ticarət gəmilərimizi təhdid edə bilməzdilər. Onlar pilotsuz təyyarələr və gəmi əleyhinə sistemlər qurmağı öyrəniblər, lakin bu texnologiya və maliyyə İrandan gəlir. İran olmasaydı, Husi təhdidi Yəməndəki daxili münaqişələrlə məhdudlaşardı. İranı məsuliyyətə cəlb etmək lazımdır. ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirdi ki, hücumlar davam edərsə, İran nəticələrlə üzləşəcək”, – Rubio əlavə edib.