Xəbərlər

Rubio: Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişləndirilməsinə ümid edirik

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanı ilə iqtisadi və müdafiə sektorlarında əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentindən bildirilib.

Verilən məlumata görə, fevralın 17-də Rubio Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud və krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhan əl-Səud ilə görüşüb.

“Dövlət katibi ABŞ və Səudiyyə Ərəbistanı arasında iqtisadi və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini bildirib və ikitərəfli tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyini ifadə edib. Dövlət katibi və vəliəhd Qəzzada atəşkəsin həyata keçirilməsi və HƏMAS-ın bütün girovları, o cümlədən Amerika vətəndaşlarını azad etməsini təmin etmək öhdəliyini təsdiqləyib. Rubio regional təhlükəsizliyə töhfə verən Qəzza razılaşmasının vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.