Xəbərlər

Rubio: Tramp gələn həftə Nyu-Yorkda Zelenski ilə görüşə bilər

Gələn həftə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi Nyu-Yorkda ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşə bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Tel-Əvivdən Dohaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Prezident Trampın Zelenski ilə bir neçə dəfə telefon danışığı olub və görüşü olub. Buna görə də onların gələn həftə Nyu-Yorkda görüşmə ehtimalı yaranıb”, – Rubio bildirib.