Xəbərlər

Rubio: Tramp Ukrayna münaqişəsinin diplomatik yolla həllinə tərəfdardır

“ABŞ prezidenti Donald Tramp əmindir ki, Ukrayna münaqişəsi diplomatik yollarla həll edilməlidir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Prezidentin mövqeyi münaqişənin danışıqlar yolu ilə həllinə son qoyulmasıdır. Bütün danışıqlarda tərəflər nədənsə imtina etməlidir. Mən bunu əvvəlcədən müzakirə etməyəcəyəm. Bizim gərgin diplomatik iş planımız var. Bu, vaxt aparacaq, amma heç olmasa, bizim məqsədimizin münaqişənin sona çatması dərk edən və bunun yolunun uzunmüddətli tənzimləmə olmasını başa düşən bir prezidentimiz var”, – Rubio qeyd edib.