Xəbərlər

Rubio Trampın Qrenlandiyaya maraqlı olmasının səbəbini açıqlayıb

“ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya marağı Arktikanın qlobal ticarət və təhlükəsizlik üçün əhəmiyyəti ilə bağlıdır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Arktika Trampın rəhbərliyi altında istehsal olunacaq enerjinin daşınması üçün kritik əhəmiyyət kəsb edir. Əriyən buz ticarət üçün lazım olan əsas gəmi yollarını açır. Çin Arktikaya birbaşa çıxışı olmayan digər regionlarda etdiyi kimi Qrenlandiyadan öz maraqları üçün tramplin kimi istifadə etməyə cəhd edə bilər. Biz Çin şirkətlərinə orada münaqişə zamanı hərbi məqsədlər üçün istifadə oluna biləcək ikili təyinatlı obyektlər tikməsinə icazə verə bilmərik”, – Rubio qeyd edib.