“Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanmasında və təmin edilməsində təkcə Avropa ölkələri yox, Avropadan kənar ölkələr də iştirak edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
“Biz bu təhlükəsizlik zəmanətlərini yaratmaq üçün avropalı müttəfiqlərimiz və yeri gəlmişkən, qeyri-Avropa ölkələri ilə işləyəcəyik. Hazırda bunun üzərində iş gedir. Zəmanətlər sülh sazişindən sonra yaradılmalıdır ki, Ukrayna gələcəkdə özünü təhlükəsiz hiss etsin”, – Rubio bildirib.



