“Ukraynada sülh hələ çox uzaqdadır, lakin əvvəlki dövrə baxdıqda daha yaxındır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.
“Düşünürəm ki, biz Ukrayna münaqişəsinin həllinə daha yaxın olduğumuzu gördük. Düzdür, sülhə nail olmaq üçün hələ görəcəyimiz çox işimiz var, lakin buna iki həftə və ya altı ay əvvəlkindən daha yaxınıq”, – Rubio bildirib.



