Xəbərlər

Rubio: Ukraynadakı münaqişənin həlli üçün çox iş görülməlidir

“ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Rusiya lideri Vladimir Putin arasında görüş yaxşı keçdi, lakin Ukraynadakı münaqişənin həlli üçün hələ çox iş görülməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Danışıqlar yaxşı keçdi. Lakin qarşıda hələ çox iş var. Hələ aşmalı olduğumuz çoxlu maneələr var və ümid edirik ki, bunu yaxın günlərdə və saatlarda edəcəyik”, – o əlavə edib.