Xəbərlər

Rumıniya ABŞ-dan F-35 qırıcıları alır

Rumıniya Prezidenti Klaus İohannis ABŞ-dan 32 ədəd F-35 qırıcı təyyarəsinin alınmasını nəzərdə tutan qanunu təsdiqləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.

“Müqavilənin dəyəri 6 milyard dolları ötür. Lazımi vəsait Müdafiə Nazirliyinin büdcəsindən və ya ABŞ hökuməti tərəfindən verilən kreditlər və ya kredit zəmanətləri hesabına təmin ediləcək. Sövdələşməyə mühərriklərin və döyüş sursatlarının alınması, ilkin maddi-texniki dəstək, ekipajların və yardımçı heyətin təlimi, kriptoqrafik avadanlıqların alınması, həmçinin texnologiya və ya məhsul transferi ilə bağlı sənaye əməkdaşlığı layihələrinin həyata keçirilməsi daxildir. Rumıniya Silahlı Qüvvələrinin F-35 qırıcıları ilə təchiz edilməsi proqramı iki mərhələyə bölünür. Birincidə iki eskadron (32 təyyarə), ikincidə daha bir eskadron (16 təyyarə) alınacaq. Rumıniya 2030-cu ildən sonra ilk F-35 təyyarəsini əldə edəcək”, – məlumatda bildirilib.