Xəbərlər

Rumıniya prezidenti: Ukraynaya əsgər göndərməyəcəyik

Rumıniya öz əsgərlərini Ukraynaya göndərməyəcək.

“Füyuzat”ın məlumatına görə, bunu Prezident Klaus İohannis jurnalistlərlə söhbəti zamanı deyib.

“Ukraynaya qoşun göndərmək məsələsi sadəcə müzakirədir və məncə, bununla da bitib”, – deyə dövlət başçısı bildirib.

İohannis Rumıniyanın “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya mümkün təhvil verilməsi məsələsini şərh etməkdən imtina edib: “Mən bu məsələni şərh etmirəm və hesab etmirəm ki, bu, ordu mütəxəssisləri ilə müzakirə edilməli olan məsələdir. Buna ölkənin Ali Müdafiə Şurası qərar verməlidir”.

Rumıniyanın təhlükəsizliyinə birbaşa təhdid olub-olmaması ilə bağlı suala prezident belə cavab verib: “Birbaşa təhlükə yoxdur, lakin təbii ki, hərbçilər hər zaman bütün mümkün vəziyyətlərə hazırdır”.