Xəbərlər

Rumıniya və Ukrayna fövqəladə hallarla mübarizədə əməkdaşlıq edəcək

Rumıniya və Ukrayna daxili işlər nazirləri Katalin Predoyu və İqor Klimenkonun işçi görüşündən sonra fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rumıniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı qeyd olunub ki, müharibə başlayandan indiyədək 10 milyondan çox Ukrayna vətəndaşı ölkə ərazisini tərk edib, onlardan 82 mindən çoxu Rumıniya ərazisində qalıb, 146 nəfər sığınacaq istəyib, 100 mindən çoxu isə sığınacaq üçün müraciət edib.

Predoyu bildirib ki, Rumıniya ölkədə qalan ukraynalı qaçqınlarla bağlı uzunmüddətli hərtərəfli siyasət hazırlamalı olacaq, çünki uzunmüddətli yaşayış və Rumıniya cəmiyyətinə sosial-iqtisadi və mədəni inteqrasiya ölkədəki ukraynalı azlığın ümumi vəziyyətini yaxşılaşdıracaq.