“Vaşinqton qlobal dominantlığa can atmağa davam edir, lakin onun gücü getdikcə azalır”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev söyləyib.
Medvedev ABŞ–Meksika sərhədindəki vəziyyəti, həmçinin Vaşinqton və Texas hakimiyyəti arasında miqrasiya siyasəti ilə bağlı qarşıdurmanı xatırladıb.
“Bu problemlər fikir ayrılıqlarının dərinliyini vurğulayan çox parlaq nümunədir. Bunlar onunla əlaqələndirilir ki, Birləşmiş Ştatlar zəifləyən gücünə baxmayaraq, beynəlxalq arenada dominantlıq etməyə çalışır”, – Medvedev bildirib.
“Avropa ölkələri isə yaxın gələcəkdə Vaşinqtona olan etimaddan çıxa bilməyəcək. Mən hiss edirəm ki, bu, yaxın illərdə baş verməyəcək”, – sədr müavini əlavə edib.
Medvedevin sözlərinə görə, bunun bir neçə səbəbi var.
“ABŞ-ın Avropanın zəifliyindən istifadə etməsi bir səbəbdir. Onlar bir sıra iqtisadi sahələri avropalılardan alıb və Avropanın təhlükəsizliyini təmin edirlər, yəni avropalılar ABŞ-ın əmri ilə hərəkət edirlər”, – Medvedev qeyd edib.