“ABŞ-ın Ukraynaya Rusiya ərazisini uzaqmənzilli silahlarla vurmağa icazə verməsi gərginliyin yeni mərhələsidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu, amerikalıların Ukraynadakı münaqişəyə qarışma tərzini kökündən dəyişdirir”, – Peskov bildirib.
Sözçü Ukraynadakı münaqişələrin dondurulması ilə bağlı təkliflərə də diqqət çəkib: “Təmas xəttində münaqişələrin dondurulması Rusiya tərəfi üçün qəbuledilməzdir”.